İran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcəyinə söz verib- ÖZƏL

Olaylar.az xəbər verir ki,İran Xarici İşlər Nazirliyi bir sıra İran rəsmiləri və təşkilatlarına qarşı tətbiq etdiyi yeni sanksiyalara görə Avropa Birliyinə qarşı cavab tədbirləri görəcəyini bildirib. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. "İslam Respublikası tezliklə Avropa Birliyinin son qadağalarına cavab olaraq qarşılıqlı sanksiyalarını elan edəcək". Aİ bu ərəfədə İranın bu ölkədə etirazların yatırılmasında iştirak edən şəxslərə və təşkilatlara qarşı şəxsi sanksiyaları genişləndirib. Hakimiyyətin siyasətini dəstəkləməyən sənətçilərə qarşı təhdidlərlə məşğul olan İranın mədəniyyət naziri Məhəmməd İsmaili sanksiya siyahısına daxil edilib. Siyahıda tələbələri təqib etməkdə ittiham olunan təhsil naziri Yusif Nuri də var. Böyük Britaniya həmçinin İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərini və İran rəsmilərini də sanksiya siyahısına əlavə edib. 

İran mediasının məlumatına görə, hazırda aktivlərin dondurulması, Aİ-yə səfər qadağası və sanksiya siyahısında olan şəxslərə maliyyə və ya iqtisadi resursların verilməsinə qadağa daxil olmaqla, ümumilikdə 196 fiziki şəxs və 33 quruma qarşı Aİ-nin məhdudlaşdırıcı tədbirləri tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31