Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 672 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 672 nəfərə çatıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31