Aİ-dən zəlzələdən zərər çəkənlərə 5,5 milyon avroluq humanitar yardım- ÖZƏL
17 Fevral 2023 16:41 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Türkiyədəki zəlzələlərdən zərər çəkmiş insanlara indiyə qədər etdiyi humanitar yardımın ümumi məbləğinin 5,5 milyon avro olduğu açıqlanıb. Aİ Komissiyası, AB-nin Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş Türkiyə və Suriyadakı insanlar üçün indiyə qədər səfərbər etdiyi humanitar yardımla bağlı açıqlama verib.
Birliyin ilk gündən hərəkətə keçdiyi və zəlzələ qurbanlarına yardımı artırdığı ifadə edilən açıqlamada, 18 AB üzvünün Türkiyəyə sığınacaq materialları, qızdırıcılar, generatorlar, mebel, tibbi ləvazimat, gigiyena dəstləri, qida və geyim göndərdiyi bildirilib. Bundan başqa, Belçika, Fransa, İtaliya və Albaniya tibbi qruplar, Hollandiya isə tibbi təxliyə təyyarəsi göndərib. Açıqlamada, AB fövqəladə hal proqramı çərçivəsində Rumıniyada hazır saxlanılan 2 min çadır və 8 min çarpayının Türkiyəyə təslim edildiyi, İsveçdən 2 min 500 çarpayılıq 500 yerləşdirmə vahidinin yola salındığı paylaşıldı.