Fəlakət bölgəsindəki heyvandarlara yem dəstəyi veriləcək- ÖZƏL
17 Fevral 2023 16:23 DünyaOlaylar.az xəbər verir ki, zəlzələdən zərər görən yerlərdə heyvandarlara yem dəstəyi veriləcək. Qərar Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə dərc olunub. Qərarla fəlakət bölgəsi elan edilən 11 ildə qoyun və maldarlara yem dəstəyi veriləcək. Heyvandarlara veriləcək dəstəyin məbləği xırdabuynuzlu heyvanlar üçün heyvan başına 50 lirə, iribuynuzlu heyvanlar üçün isə 500 lirə müəyyən edilib.
Birdəfəlik yem dəstəyi ilə heyvandarlıq fəaliyyətinin davamlılığını təmin etmək, məhsuldarlığı artırmaq, heyvanların sağlamlığını və rifahını təmin etmək məqsədi daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31