Lavrov Bakıya nə üçün gəlir? - ÖZƏL
17 Fevral 2023 15:13 Dünya"Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfəri iki ölkə arasında "müttəfiqlik sazişinin" imzalanmasının bir illiyi ilə bağlıdır. Həmin saziş ötən ilin fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı".
"OLAYLAR" xəbər verir ki, bu barədə açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirib: "Mariya Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub. Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq və gizli təxribatlarını nəzərə alaraq həmin sənədin Zaxarovanın təbirincə desək keyfiyyəti şübhə doğurur".
Politoloq deyib ki, Qarabağ separatçılarının "liderlərini" tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolundan separatçıların silah, sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana "strateji müttəfiq" ola bilməz6 "Ona görə də Sergey Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməllərini qiymətləndirmək lazımdır".