Çin və İran Əfqanıstanı qadınlara qoyulan məhdudiyyətləri dayandırmağa çağırıb- ÖZƏL
17 Fevral 2023 13:12 DünyaOlaylar.az xəbər verir ki, Çin və İran Əfqanıstandakı müvəqqəti Taliban hökumətini qadınların işinə və təhsilinə qoyulan məhdudiyyətlərə son qoymağa çağırıb.
"Global Times" qəzetinin xəbərinə görə, dünən İran prezidenti İbrahim Rəisinin Çinə üç günlük rəsmi səfərini başa vuran və burada Çin Dövlət Başçısı Şi Cinpinlə görüşündən sonra birgə bəyanat verilib.
Bəyanatda 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Talibanın qadın və qızların təhsildə və məşğulluqda görünməsinə məhdudiyyətlər qoyması vurğulanır. Tərəflər Əfqanıstan rəhbərliyini bütün etnik və siyasi qrupların səmərəli iştirak etdiyi inklüziv hökumət yaratmağa və qadınlara, etnik azlıqlara və digər dinlərə qarşı bütün ayrı-seçkilik tətbiqlərinə son qoymağa çağırıb. Bəyanatda ABŞ və NATO müttəfiqlərinin Əfqanıstandakı mövcud vəziyyətə görə məsuliyyət daşıdığı qeyd edilib.