Türkiyənin Hatay şəhərində 4,3 maqnitudalı zəlzələ olub

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31