Gürcüstanda baş verən zəlzələ Türkiyədə də hiss olunub

Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vilayətində də hiss olunub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Zəlzələ xüsusilə Gürcüstanla həmsərhəd olan Kemalpaşa, Hopa və Arhavi rayonlarında qorxuya səbəb olub.

Bəzi vətəndaşlar zəlzələdən sonra küçələrə çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31