"Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək" - BMT

Olaylar.az xəbər verir ki, bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits "Sky News"a müsahibəsində irəli sürüb.

"Dəqiq qiymət vermək çox çətindir, çünki dağıntılar hələ təmizlənməyib, lakin əminəm ki, ölənlərin sayı iki və ya daha çox artacaq", - o deyib.

Qriffits əlavə edib ki, zəlzələ fəsadlarının öhdəsindən gəlmək Suriyaya daha çətin başa gəlir.

manset.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31