Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848-ə çatdı

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848-ə çatdı. Trend-in məlumatına görə, yaralı sayı isə 80 min 104 nəfərdir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31