125 saat sonra gözlərini açan kim övladlarını soruşdu - VİDEO

Türkiyənin zəlzələdən zərər görən bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Adıyamanda Sadık Tunç adlı orta yaşlı bir şəxs dağıntılar altından 125 saat sonra xilas edilib. 

Onun 7 mərtəbəli binanın dağıntıları altından sağ çıxarıldığı bildirilir. Xilasedicilərin sözlərinə görə, S.Tunç xilas edildikdən dərhal sonra övladlarının taleyi barədə maraqlanıb. Övladlarının yaxşı olduğunu öyrənən atanın çaşqınlıqla ətrafa baxdığını görmək mümkün olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31