Blinken Türkiyənin Vaşinqtondakı səfirliyini ziyarət edib

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə baş çəkərək, Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, E.Blinkeni Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan qarşılayıb.

"Öz adımdan və Amerika xalqı adından Türkiyə xalqına böyük itkiyə görə başsağlığı verirəm. ABŞ müttəfiq və dostu Türkiyənin yanındadır və bundan sonra da olacaq", - deyə E.Blinken matəm kitabına yazıb.

Dövlət katibi əmin edib ki, Vaşinqton təbii fəlakətdən zərər çəkmiş əyalətlərin bərpasında Türkiyəyə bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31