Zəlzələdə yaralananların şəxsiyyəti xüsusi proqramla müəyyən olunur

Türkiyədəki zəlzələdə yaralanmış, lakin şəxsiyyəti müəyyənləşdirilə bilinməyən şəxslər üçün xüsusi proqramdan istifadə olunur.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.

"Şəxsiyyətini bilmədiyimiz xəstələrin rəqəmsal fotoşəkillərini uyğunlaşdırmaq üçün xüsusi proqrama yükləyirik. Ümid edirəm ki, bunla şəxsiyyətlərini müəyyənləşdirə biləcəyik", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31