Kahramanmaraşda 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Kahramanmaraş əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 21:00-da qeydə alınan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31