Bedinqfild istefa verməyi PLANLAŞDIRIR
10 Fevral 2023 21:37 DünyaAğ Evin kommunikasiya üzrə direktoru Keyt Bedinqfild fevralın sonunda istefa verməyi planlaşdırır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, sözügedən vəzifəyə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ben LaBolt gəlməlidir.
"ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra Ağ Evin kommunikasiya üzrə direktoru vəzifəsində çalışan Keyt Bedinqfild fevralın sonunda istefa verəcək, onun vəzifəsini Ben LaBolt tutacaq", - deyə açıqlamada bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31