Dağıntılar altından vəsiyyət etdi - VİDEO

Türkiyədə Kahramanmaraş bölgəsində zəlzələdən sonra dağıntılar altında qalan bir ailənin maraqlı görüntüləri yayılıb. Ailə xilas olunmazdan əvvəl telefonla video çəkərək vəsiyyət ediblər.

Görüntülərdə qadın, "Mustafagilə 2500 borcum var", - deyərək borcunun ödənməsini istəyib. Əgər ölsələr telefonu tapacaq şəxslərdən borcunun ödənməsinə yardımçı olmalarını xahiş ediblər. Maraqlıdır ki, qadın və ailə üzvləri vəsiyyət etdikdən sonra xilasedicilər onların dağıntılar altında qaldığı ərazini müəyyənləşdirərək xilasetmə işlərinə başlayıblar.

Olaylar.az buta.ws-ə istinadla görüntüləri təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31