“Betmen” qarət olunan qızı xilas etdi - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində "Betmen" geyimində olan kişi gənc qadının qarət olunmasının qarşısını alıb. Sosial şəbəkələrdə bunun görüntüləri yayılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, gözəllik salonu açmaq istəyən qız hadisədən 20 dəqiqə əvvəl bankdan 700 min rubl (16,5 min manat) götürüb.

Avtobus dayanacağında bir nəfər onun çantasını qaçırmağa cəhd edib. Ancaq yaxınlıqdakı sərgidə işləyən "Leqo Betmen" kostyumunda olan Roman onun qarşısını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31