Zəlzələdən zərər çəkənlərə aylıq kirayəhaqqı veriləcək - Ərdoğan

Evi dağılan, ağır və ya orta dərəcədə zədələnən vətəndaşlara aylıq 2 min lirə kirayəhaqqı ödəniləcək.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, zəlzələdən öncə ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı ediləcək.

"Bu işlərlə bağlı 100 milyard lirə ayırdıq. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31