Hatayın Antakya səmtində zəlzələ nəticəsində çökən binalardan biri də zəlzələyə davamlı adıyla satılanlardandır.
Olaylar.az Milli.Az-a istinadla bildirir ki, sözügedən ərazidə 12 mərtəbəli, 250 mənzilli bina zəlzələ nəticəsində yerlə bir olub.
Diqqət çəkən məqam isə 2013-cü ildə tikilən binanın reklamında "Cənnətdən bir kadr" sözlərinin olmasıdır.