Zəlzələ qəbirstanlığı: hamının adsız, rəqəmli olduğu yer - FOTO
10 Fevral 2023 16:00 DünyaTürkiyədə zəlzələ qəbirstanlığı da var artıq.
Mərkəzi Kahramanmaraş şəhərində olaraq 10 bölgəni vuran, 7,7 və 7,6 bal gücündə olan iki zəlzələ nəticəsində həlak olmuş insanlar dəfn olunur.
Olaylar.az bildirir ki, zəlzələlərin ən ağır zərbəsini almış Hatay vilayətinin Antakya rayonunda "zəlzələ qəbirstanlığı" yaranıb.
Ekskavatorlarla qazılaraq nömrələnən məzarlarda zəlzələ qurbanları əbədi uyuyurlar.
Antakyadakı bu məzarlıqda AFAD-ın koordinasiya fəaliyyəti nəticəsində dəfnlər gerçəkləşdirilir.
Xəstəxanalardan gətirilən cənazələr elə məzarlığın yanındakı məsciddə yuyulduqdan sonra torpağa verilir.
Milli.Az



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31