Məşhur ilahiyyatçı zəlzələ ilə bağlı bunları dedi - VİDEO
10 Fevral 2023 14:36 DünyaKahramanmaraşda baş verən zəlzələlərdən sonra məşhur ilahiyyatçı Nihat Hatipoğlundan diqqət çəkən açıqlama gəlib.
Olaylar.az 32gun.az-a istinadən xəbər verir ki, məşhur ilahiyyatçı bu açıqlamaları canlı yayım zamanı qeyd edib.
Alimlərin sözünü dini əmr adlandıran Hatipoğlu, "Növbəti prosesdə onlara qulaq asmaq məcburiyyətindəyik. Əvvəl dinləmədiyimiz üçün başımıza belə bir fəlakət gəlibsə, bunu qismət adlandırmaq olmaz. Bu, qismət deyil, qismət ağıllı düşünmək, tədbir görməkdir. Bir illik tikililər dağılır. Demək ki, burada saxtakarlıq var" - ifadələrini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31