Artyomovsk bölgəsindəki bütün yollar Rusiya tərəfindən atəşə tutulub - ÖZƏL
10 Fevral 2023 13:05 Dünya"Artyomovsk şəhəri yaxınlığında (Ukraynada Baxmut adlanır) bütün yollar Rusiya Silahlı Qüvvələrinin atəşi altındadır".
Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) səlahiyyətlərini icra edən rəhbərinin müşaviri İqor Kimakovski bildirib.
"Krasnaya Qoranın azad edilməsi elan edildi və bu, artıq bütün yolların bizim atəş məsafəmizdə olduğunu açıq-aydın göstərir. Aydındır ki, burada təkcə əsas yollar deyil, həm də meşə zolaqları və kobud cığırlarla hərəkət etmək mümkündür. Lakin demək lazımdır ki, bütün yollar Rusiya Silahlı Qüvvələrinin atəş nəzarəti altındadır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31