Rusiyada ölənlərin ailələrinə 1 milyon rubl veriləcək- ÖZƏL
10 Fevral 2023 12:27 DünyaOlaylar.az xəbər verir ki, Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov bildirib ki, Novosibirskdə yaşayış binasında baş verən qaz partlayışı nəticəsində həlak olanların ailələrinə 1 milyon rubl, xəsarət alanlara isə hər birinə 200-400 min kompensasiya veriləcək.
"Zərər çəkənlər üçün xəsarət var, şiddətindən asılı olaraq hər bir şəxs üçün 200 ilə 400 min rubl arasında ödənişlər ediləcək. Ölənlərin olduğu ailələrə dəfnlə bağlı yardım göstəriləcək, hər ailə üçün 1 milyon rubl ödəniləcək".
Novosibirskdə beşmərtəbəli binada qaz partlayışı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31