Əxlaqsızlıq və çarəsizlik eyni çərçivədə- FOTO-ÖZƏL
10 Fevral 2023 11:29 DünyaZəlzələdən dağıdılan iki şəhərdən iki kadr... Bir tərəfdə çarəsizlikdən qohumunun meyitini motosikletlə daşıyan vətəndaş... Digər tərəfdən oğurladığı paltaryuyanı mikroavtobusa yükləyən talançı. Olaylar.az xəbər verir ki, Zəlzələnin ən çox zərər çəkdiyi ikinci şəhər olan Hatayda ümidsizliyə düşən vətəndaşın zəlzələdə ölən qohumunun cənazəsini motosikletlə dəfn etməyə apardığı görüntülənib.

Digər tərəfdə isə 46 ABP 954 nömrə nişanlı mikroavtobusu Onikisubat məhəlləsindəki Binəvlər qovşağında saxlayan talançı bazardan oğurladığı paltaryuyan maşını kürəyinə yükləyib, qarşısında türk bayrağı olan ağ mikroavtobusa yükləyib.Videoya çəkildiyini başa düşsə də, buna əhəmiyyət verməyən talançı mağazaya qayıdıb və oğurluğa davam edib.

Hər iki kadr sosial mediada gündəm olub.