Rusiyanın Hyustondakı Baş Konsulluğu ABŞ-dan təhlükəsizlik tədbirlərini gücləndirməyi xahiş edir - ÖZƏL

"Rusiyanın Hyustondakı Baş Konsulluğu əvvəlcədən yerli hakimiyyət orqanlarından xüsusi hərbi əməliyyatın ildönümündə gücləndirilmiş təhlükəsizlik tədbirləri görməyi xahiş edib, çünki diplomatik missiyaya hədələr gəlməkdə davam edir".

Olaylar.az xəbər verir ki, bunu missiyanın rəhbəri Aleksandra  Zaxarova bildirib.
"Biz əvvəlcədən yerli hüquq-mühafizə orqanlarına, Dövlət Departamentinin diplomatik təhlükəsizlik xidmətinə və Hyuston Polis Departamentinə müraciət edərək, gücləndirilmiş patrul xidməti və Baş Konsulluğun mühafizəsini təmin etməyi xahiş etdik", - diplomat bildirib. 

"Ümid edirik ki, yerli hakimiyyət orqanları anlayışla yanaşacaqlar" - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31