"Dünyanın hər yerindən onu övladlığa götürmək üçün zəng edirlər"
10 Fevral 2023 10:57 DünyaOlaylar.az xəbər verir ki, Suriyədə ağıntılar altında dünyaya gələn Aya (möcüzə) körpə xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.
Körpə Ayanın anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib. Aya hazırda xəstəxanadadır. "Bazar ertəsi xəstəxanaya çox pis vəziyyətdə gətirildi, şişləri və qançırlar var idi, soyuq idi və nəfəs almaqda çətinlik çəkirdi" deyə kiçik körpəyə baxan pediatr Hani Marouf bildirib. Sosial şəbəkələrdə minlərlə insan körpəni necə övladlığa götürə biləcəklərini soruşub. Bir nəfər "Onu övladlığa götürmək və ona yaxşı həyat bəxş etmək istəyirəm" deyərkən, Küveyt televiziyasının aparıcısı "Hüquqi proseslərdən keçsə, mən bu körpəyə qulluq etməyə və övladlığa götürməyə hazıram" deyib. Xəstəxana müdiri Dr. Attiah Xalid bildirib ki, dünyanın hər yerindən insanlar Ayanı övladlığa götürmək üçün zəng edirlər.