Avropa üçün gələn qış bu qışdan daha çətin olacaq - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, gələn qış Avropada indiki qışdan daha çətin keçə bilər. 

Onun sözlərinə görə, Aİ-nin 30 milyard kubmetr qazı kifayət qədər olmaya bilər.

Eyni zamanda, hazırda Avropa İttifaqının qaz anbarları 90%-dən çox doludur, ona görə də, hazırda Aİ təhlükəsizdir, deyə o bildirib.

Daha əvvəl Avropa Komissiyasının (AK) sözçüsü Erik Mamer bildirmişdi ki, təşkilat Rusiya qazının Avropa İttifaqına idxalına qadağa qoyulması üzərində işləməyib və işləmir  .

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı strateji perspektivdə Rusiya qazı və karbon yanacağından imtina etməli, onu bərpa olunan mənbələrlə əvəz etməlidir. 2030-cu ilə qədər Avropa  Rusiya Federasiyasının enerji ehtiyatlarından imtina etməyi planlaşdırır .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31