Hakerlər 20 milyon dollarlıq COVID müavinətlərini oğurladılar
6 Dekabr 2022 16:50 DünyaABŞ Məxfi Xidməti hökumətə bağlı Çin hakerlərini COVID-19 pandemiyası ilə bağlı verilən 20 milyon dollarlıq yardımı oğurlamaqda şübhəli bilir.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, söhbət Çin dövlətinin himayə etdiyi APT41 haker qrupundan gedir.
ABŞ-da vəsaitlərin mənimsənilməsində məhz bu qrupun böyük rol oynadığı iddia olunur.
2020-ci ildən bəri hakerlərin 2 min hesabı və 40 mindən çox maliyyə əməliyyatını əhatə edən ən azı 20 milyon dollarlıq müavinətləri oğurladığı bildirilir.
Xüsusilə, 10-dan çox ştatda İşsizlikdən Sığorta Fondu və Kiçik Biznes Administrasiyasının hesabları boşaldılıb.
Hazırda oğurlanmış vəsaitin yarısını qaytarmaq mümkün olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31