İranda son vəziyyət necədir?- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda məhkəmə  beş etirazçıya ölüm hökmü çıxarıb. Bu barədə İRNA agentliyi məlumat yayıb . İstintaqın məlumatına görə, Kərəc şəhərində rəis müavininin qətli ilə bağlı iş üzrə 16 nəfər təqsirləndirilib. Beş nəfərə ölüm hökmü çıxarılıb. Daha 11 nəfər, o cümlədən üçü azyaşlılar uzun müddətə azadlıqdan məhrum ediliblər (25 ilədək). Agentlik qeyd edir ki, hökmlərdən ölkənin Ali Məhkəməsinə şikayət verilə bilər.

Bundan əvvəl İran Daxili İşlər Nazirliyi ölkədə ən azı 200 nəfərin iğtişaşların qurbanı olduğunu bildirmişdi. Hüquq müdafiəçilərinin məlumatına görə, azı 320 nəfər ölüb.

İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda İslam Respublikasının 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinə dəyişiklik edilməsinə icazə verib . İran hakimiyyəti səhv hicab geyindiyinə görə saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan iki aydan artıq etiraz aksiyalarından sonra ölkənin vitse-polislərini ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31