Türkiyənin Konya şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-5 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, qəzaya səbəb təyyarənin quşla toqquşması olub. Nəticədə mühərriklər dayanıb.
Qəza zamanı pilot katapult edib. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.