İndoneziya nikahdan kənar cinsi əlaqəni qadağan edən cinayət məcəlləsi qəbul edilir - ÖZƏL/FOTO
6 Dekabr 2022 13:19 Dünyaİndoneziya parlamenti nikahdan kənar cinsi əlaqəni bir ilə qədər həbs cəzası ilə cəzalandıran yeni cinayət məcəlləsini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu, tənqidçilərin fikrincə, insanların hüquqlarını pozan dəyişikliklərin bir hissəsidir.
Yeni cinayət məcəlləsi bundan sonrakı üç il qüvvədən düşməyəcək.
Etirazçılar bu həftə Cakartada parlament qarşısında kiçik mitinqlər keçiriblər.
Həm İndoneziyalılara, həm də əcnəbilərə şamil olunacaq məcəlləyə evli olmayan cütlüklərin birlikdə yaşamasını və cinsi əlaqədə olmasını illegal göstərən bundan əlavə də bir neçə "əxlaq" qanunu var.
Hüquq müdafiəçiləri deyirlər ki, bu qərar, ölkədəki qadınlara, LGBT üzvlərinə və etnik azlıqlara qeyri-mütənasib şəkildə təsir edir.
Bir şəxsin ortağı və ya valideynləri nikahdan kənar cinsi əlaqədə olduqları zaman onları şikayət edə bilər. Qeyd edək ki, zina da insanların həbs oluna biləcəyi bir cinayət olacaq.
