Çinin yüksək səviyyəli nümayəndəsi ABŞ-ı günahlandırır - ÖZƏL

"ABŞ-ın nüvə üçlüyünü təkmilləşdirmək və daha çox taktiki silahlar yerləşdirmək istiqamətindəki siyasət kursu nüvə silahından istifadə həddini aşağı salıb".

Olaylar.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü baş polkovnik Tan Kefei bildirib.

"Birləşmiş Ştatlar dünyanın ən böyük nüvə arsenalına malikdir və öz nüvə triadını yeniləyir. Eyni zamanda cəbhə xəttində taktiki nüvə silahlarının yerləşdirilməsi planlarını fəal şəkildə inkişaf etdirir, nüvə silahının istifadəsi həddini aşağı salır və üçtərəfli təhlükəsizlik sazişləri çərçivəsində nüvə silahlarının yayılmasını artırır. ABŞ, Böyük Britaniya və Avstraliya beləliklə, getdikcə hər gün nüvə münaqişəsinin əsas mənbəyinə çevrilir", - Çin rəsmisi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31