Almaniyada məktəbli qız bıçaqlı hücum nəticəsində ölüb - ÖZƏL/FOTO
6 Dekabr 2022 11:15 DünyaAlmaniyanın cənubunda məktəbə gedərkən bir kişinin bıçaqlı hücumuna məruz qalan 14 yaşlı qız ölüb, 13 yaşlı başqa bir qız isə ağır yaralanıb.
Olaylar.az xəbər verir ki, şübhəli şəxs bazar ertəsi səhər İllerkirxberq kəndindəki qaçqınlar üçün sığınacaqdan çıxıb və şagirdlərə hücum edib.
Yaşca böyük qız daha sonra xəstəxanada dünyasını dəyişib.
Alman polisi Eritreyadan miqrasiya edən 27 yaşlı gənci həbs edib.
Məmurlar yaxınlıqdakı binada axtarış aparıb və hücumda istifadə olunduğundan şübhələndikləri bıçağı tapıblar. Əlavə olaraq, daha iki nəfər də saxlanılıb.
Şübhəli xəstəxanada polis mühafizəsi altındadır. Onun hansı xəsarətlərinə görə müalicə altında olduğu isə naməlumdur.
Qeyd edək ki, İllerkirxberq 2015-ci il siyahıyaalınmasına görə əhalisi 5000-dən az olan çox kiçik bir şəhərdir.
