Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib
24 Mart 2022 14:05 DünyaUkrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın "Orsk" adlı iri desant gəmisini məhv edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən video da yayımlanıb.
Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31