Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
23 Mart 2022 13:12 DünyaBeynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer bu gün Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
P.Maurer sabah, martın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
"Rusiya BQXK-nin Ukraynada vasitəçilik səylərini alqışlayır. Əminik ki, Peter Maurerin Moskvaya səfəri Rusiya ilə BQXK arasında bu sahədə əməkdaşlığı daha da gücləndirəcək", - nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31