Polşa Belarusla sərhəddə hərbçilərinin sayını artırıb
10 Noyabr 2021 12:10 DünyaOlaylar.az RİA NOVOSTİ- ə istinadən xəbəbr verir ki, Polşa Belarusla sərhəddəki əsgərlərinin sayını 15 minə çatdırıb.
Bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak Polşa radiosunun efirində bildirib
Məlumata əsasən, 13 min Polşa əsgəri sərhədçilərə sərhədin mühafizəsində kömək edir.
Noyabrın 8-də Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Departamentdən bildirilib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır, 2 mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaqlar sərhəddəki Polşa maneələrinin qarşısında dayanıblar. Polşa təhlükəsizlik qüvvələri onları buraxmır, miqrantlar maneələri aşmağa cəhd ediblər.
Son vaxtlar Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qeyri-qanuni miqrantların sayının artdığını bildirirlər. Minsk bütün ittihamları rədd edir. Yaranmış vəziyyətlə əlaqədar olaraq Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib. Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qanunsuz miqrant axınının qarşısını almayacaq. Qərbin sanksiyalarına görə bunun üçün nə pul, nə də enerji var. Belarus sərhədçiləri Litva, Polşa və Latviya tərəfindən miqrantların Belarus ərazisinə zorla qovulması barədə dəfələrlə bəyan ediblər.