Sudanın  baş naziri  yeni hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudanda hərbi çevriliş nəticəsində devrilmiş Abdalla Hamdok ölkənin yeni hökumətinə rəhbərlik etməyə razı olduğunu bildirib.

Bu barədə Əl Ərəbiyyə telekanalı məlumat yayıb.

Məlumata görə, Hamdok ölkədə son etirazlar zamanı siyasi motivlərlə həbs olunanların hamısının azadlığa buraxılması şərti ilə yenidən baş nazir olmağa razılaşıb.

Hamdok hökumətə rəhbərlik edərsə, onun yeni kabineti müstəqil peşəkarlardan ibarət hökumət olacaq.

Bir neçə həftə davam edən etirazlardan sonra, oktyabrın 25-i səhər saatlarında Sudan hərbçiləri Hamdoku və bir sıra yüksək səviyyəli rəsmiləri  və siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burhan yüksək dövlət qurumlarını ləğv edib və fövqəladə vəziyyət elan edib. O, həmçinin ölkənin keçid dövrünü, hərbi və mülki hakimiyyət orqanları arasında münasibətləri müəyyən edən Konstitusiya Bəyannaməsinin bəzi maddələrinin fəaliyyətini dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31