İran Əfqanıstanla bağlı Moskva danışıqlarında iştirak edəcək

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  İran oktyabrın 20 -də Əfqanıstanla bağlı Moskva formatlı məsləhətləşmələrdə iştirak edəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə oktyabrın 18-də  mətbuat konfransındakı açıqlamasında bildirib.

"Moskva görüşünə gəlincə, nümayəndəmiz orada olacaq" - deyə Səid Xatibzadə söyləyib.

Moskva formatlı platforması 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistandan olan xüsusi elçilərin altı tərəfli məsləhətləşmə mexanizmi əsasında yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31