Permdə növbəti dəfə atışma baş verdi

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  şagird Perm vilayətinin Sars kəndindəki məktəbə atəş açıb, xəsarət alan olmayıb.

Bu barədə Perm Hüquq -mühafizə orqanlarındakı mənbədən məlumat verilib. 

"Perm vilayətinin Sars kəndində bir şagird məktəbə odlu silahla gəldi. O, tavana  atəş açıb. Hadisə baş verən zaman məktəbdə yalnız gözətçi olub, xəsarət alan yoxdur " - deyə mənbə bildirib.

Polis tələbəni saxlayıb.  

"Altıncı sinif şagirdi Perm vilayətinin Oktyabrski şəhər rayonundakı məktəbə atəş açmaqdan məsuldur. Məktəbli saxlanılıb, itki yoxdur"- daxili işlər nazirliyinin mətbuat xidməti  söyləyib.

Məktəbin baş müəllimi məktəblini silahı təhvil verməyə razı salıb.

"Məktəbli emosionalarına hakim ola bilmirdi.Sıxıntı içərisində idi. Baş müəllim uşağı otağa aparıb və silahı ona verməyi bacarıb. Məktəbdəki atışmadan məsul olan şagird, Rusiya Cinayət Məcəlləsinin müddəalarına görə cinayət məsuliyyətinə cəlb edilməyəcək. Ümumi cinayət məsuliyyəti 16 yaşından başlayır"- mətbuat xidmətindən bildiriblər. 

Əlavə olaraq qeyd edilib ki,  qanuna görə, 11 yaşından yuxarı olan yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətinə cəlb edilmədikdə, məhkəmə qərarı əsasında xüsusi qapalı şəraitdə dərs keçə təhsil müəssisələrinə yerləşdirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31