Türkiyədə 9 hamilə qadın peyvənd olunmadığı üçün ÖLDÜ

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Diyarbəkirdə  2 ay ərzində koronavirusdan müalicə alan  xəstəxanada 9 hamilə qadın həyatını itirib. Mütəxəssislər vurğulayırlar ki,  vaksin hamilə qadınlar üçün də təhlükəsizdir. Buna görə də hamilə qadınlar da narahat olmadan vaksinlənməlidirlər

Məlumata görə , Diyarbəkirdə pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Qazi Yaşargil Təhsil Araşdırma Xəstəxanasına  fərqli tarixlərdə müraciət edən  9 hamilə qadının test nəticəsi pozitiv çıxıb.Səhhəti ağır olan hamilə qadınlar xəstəxanada müalicə almağa başlayıblar. 2 İyul, 1 sentyabr-da peyvənd olmamış,  26-35 yaş arası 9 hamilə qadın müalicə aldıqları pandemiya xəstəxanasında vəfat edib.

Mütəxəssislər bildirir ki, qadınların hamiləliyinin 30 həftə və ya daha çox olduğu bilindikdə,  hamiləlik zamanı peyvənd oluna bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31