Veteran əlində qumbara ilə BİNAYA GİRDİ
Ermənistanın paytaxtı Yerevanda ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş keçmiş döyüşçü şəhərin inzibati binalarından birinə daxil olaraq rəhbərliklə görüş tələb edib.
20 Avqust 2021 14:59 DünyaErmənistanın paytaxtı Yerevanda ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuş keçmiş döyüşçü şəhərin inzibati binalarından birinə daxil olaraq rəhbərliklə görüş tələb edib.
Olaylar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Malatya-Sebastiya rayonunda baş verib.
Məlumata görə, 34 yaşı Samvel X. adlı şəxs tələbinin yerinə yetirilməyəcəyi təqdirdə binanı qumbara ilə partladacağını deyib. Bundan təşvişə düşən sakinlər əraziyə polis əməkdaşlarını çağırıb.
Polislər onunla söhbət edərək, fikrindən daşındıra biliblər. Daha sonra həmin şəxs saxlanılaraq polis bölməsinə aparılıb.
Hazırda faktla bağlı araşdırmalar gedir. İnsidentin təfərrüatarı barədə məlumat verilməyib. (modern.az)