İran prezidenti Rusiya və çinli həmkarları ilə telefon danışığı aparıb

İran Pprezidenti İbrahim Rəisi Rusiya və çinli həmkarları ilə telefonla danışıb

İran Prezidenti İbrahim Rəisi Rusiya və çinli həmkarları ilə telefonla danışıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İ.Rəisi Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışığında bildirib ki, Çinlə əməkdaşlığın inkişaf etdirilməsi dövlətinin prioritet siyasətidir.

İran Prezidenti Əfqanıstanda sülh və sabitliyin təmini üçün Çinlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

İ.Rəisi koronavirusla mübarizə üçün Çinlə razılaşdırılmış peyvəndlərin tez bir zamanda təhvil alınmasının zərurətini də vurğulayıb.

Aysel Teymurzadənin cazibədar görünüşü müzakirələrə səbəb oldu - FOTO

İran prezidenti Rusiyalı həmkarı Vladimir Putinlə də ikitərəfli əlaqələrin inkişafında qərarlı olduğunu və iki ölkə arasındakı əməkdaşlıq sazişinin imzalanması üçün ciddi iradə ortaya qoyacağını bildirib.

İ.Rəisi Rusiyadan daha çox peyvənd almaq üçün müraciət edib.

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarına sentyabr ayından peyvəndlərin İrana təhvil veriləcəyinə söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31