Əfqanıstan üçün təhlükə- DÜNYANIN ƏN BÖYÜK "NARKO" ÖLKƏSİ OLA BİLƏR
“Taliban” yenidən Əfqanıstana nəzarət edir. Bu o deməkdir ki, yeni hakimiyyət dünyada tiryəkin əsas qaynağını da ələ keçirmiş olacaq.
17 Avqust 2021 15:41 Dünya"Taliban" yenidən Əfqanıstana nəzarət edir. Bu o deməkdir ki, yeni hakimiyyət dünyada tiryəkin əsas qaynağını da ələ keçirmiş olacaq.
Musavat.com xəbər verir ki, ABŞ-ın "The Hill" qəzeti mövzuyla bağlı xüsusi yazı dərc edib.
Qəzet Birləşmiş Ştatların ən böyük fikir mərkəzlərindən sayılan "Rand Corporation" şirkətinin bununla bağlı təsbitlərinə də yer verib.
"Əgər istehsalı ucuz başa gələn fentanillər narkotik maddələr bazarında heroini sıxışdırıb çıxarsa və opiatlara tələbat düşərsə, Əfqanıstana bundan sonra nə olacaq", "Taliban ölkənin ən böyük əmtəə nişanı sayılan tiryək unlarının ixracatında 3 milyarddan çox zərərlə nə edəcək? -deyə məqalədə qəribə suallar qoyulub.
Müəlliflərin fikrincə, bu barədə qəti hökm vermək hələ tezdir. Elə son 2 ildəki rəqəmlər də bunu göstərir. 2019-cu ildən 2021-ci ilə qədər tiryək unu istehsalı 37% artaraq 6300 ton təşkil edib. ABŞ-ın opiumu yox etmək üçün xərclədiyi 8 milyard dollara rəğmən Əfqanıstanın işğal illərində onun istehsalı azı 2 dəfə artıb. Hazırda Əfqanıstanda 2001-ci ildən daha çox sahədə narkotik tarlaları salınıb. Taliban hökuməti pula ehtiyac hiss etdiyi anda narkotiklərdən vaz keçmək yerinə, buraya daha çox investisiya cəlb olunmasına çalışacaq.
Hazırkı anda Çin və Hindistan ABŞ-a ixrac olunan süni fentanilin əsas istehsalçılarından sayılır. Kimyəvi zavodlarda əmələ gətirilən həmin maddə Əfqanıstanın narkotacirləri üçün ciddi təhdid hesab edilir.
Lakin Əfqanıstan üçün başqa variant var. Bu kristallik metamfetaminin istehsal üçün istifadə olunan "Ephedra sinica" (Çin acılıqotu) bitkisidir. Bu bitki Əfqanıstanın mərkəzində və şimalında bitir. Analitik Devid Mensfildin sözlərinə görə, həmin maddə uzun müddət hüquq-mühafizə orqanlarını diqqətindən qaçıb.
Efedranı (acılıqotu) əllə qayalardan toplayır və daha sonra açıq şəkildə bazarlarrda satırlar. 2016-cı ildən bu yana narkotacirlər metamfetamin istehsalı üçün ondan efedrin maddəsini alırlar. Bu maddənin əldə edilməsindən ötrü kimya biliklərinə yiyələnmək lazım deyil. Metamfetaminlərin istehsalı opiumdan daha asan və görünməz şəkildə başa gəlir, üstəlik, onun tullantısı da azdır. 2019-cu ildə ABŞ-Əfqanıstan güclərinin birgə keçirdiyi əməliyyatda 68 metamfetamin laboratoriyası məhv edilib.
Lakin hazırda "Taliban" Əfqanısanda hakimiyyəti ələ keçirdikdən sonra narkotiklərlə ticarəti genişləndirmək üçün dövlət institutlarından istifadə edəcək. Bundan başqa, onların əlində ölkənin Mərkəzi bankı, "Ariana" hava yolu şirkəti, diplomatik poçt da olacaq. Bunların vasitəsilə onlar bölgəsəl nəqliyyat bağlantılarını, o cümlədən İranın Çabaxar limanına gedən şosseni, habelə İran, Rusiya və Avropanı birləşdirəcək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsini ələ keçirəcəklər.