FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə müraciət edib
"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar"
31 İyul 2021 20:54 Dünya"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31