Liviya sahillərində qayıq aşdı, 57 miqrant öldü

Liviya sahillərində qanunsuz miqrantları daşıyan qayıq aşıb

Liviya sahillərində qanunsuz miqrantları daşıyan qayıq aşıb.Olaylar.az Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verir ki, qayığın Aralıq dənizində aşması nəticəsində azı 57 nəfər həlak olub.Təşkilatın Mətbuat katibi Safa Msexlinin sözlərinə görə, insident Liviyanın Al-Hums liman şəhərinin sahillərində baş verib.Yerli balıqçılar və Sahil Mühafizə Xidmətinin əməkdaşları bir neçə miqrantı xilas edə bilib. Sağ qalanların sözlərinə görə, həlak olanların arasında 20 qadın və 2 uşaq var.Qeyd edək ki, Liviya müharibə və yoxsulluq səbəbindən Avropaya üz tutan miqrantlar üçün ilk məntəqə rolunu oynayır. Miqrantlar bu səfərə nasaz və təhlükə doğuran rezin qayıqlarda yollanır.Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bu günə qədər Aralıq dənizini keçməyə çalışan 20 min miqrant həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31