“Bayraktar”ın yaradıcılarından bayram hədiyyəsi: Pilotsuz hərbi təyyarə təqdim olunub – FOTO/VİDEO
“Bayraktar” PUA-larının yaradıcıları kimi tanınan Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsi kollektivi bir neçə gün öncə anonsunu verdiyi bayram hədiyyəsini açıqlayıb
20 İyul 2021 18:35 Dünya"Bayraktar" PUA-larının yaradıcıları kimi tanınan Türkiyənin "Baykar" müdafiə sənayesi müəssisəsi kollektivi bir neçə gün öncə anonsunu verdiyi bayram hədiyyəsini açıqlayıb.
"Anadolu" agentliyi xəbər verir ki, "MİUS" adlı layihə çərçivəsində ilk pilotsuz hərbi təyyarə təqdim olunub.
Müvafiq foto və video materiallar layihənin ideya müəlliflərindən olan Səlcuq Bayraktar və "Baykar" müəssisəsinin sosial şəbəkə səhifələrində paylaşılıb.
Bildirilib ki, təyyarənin ilk uçuşunun 2023-cu ildə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31