Öldürmək istədiyi qadına məhkəmə salonunda evlilik təklif etdi

Birgə yaşadığı qadını öldürməyə cəhddə günahlandırılan Almaniya sakini məhkəmə salonunda ona evlilik təklifi edib.

Birgə yaşadığı qadını öldürməyə cəhddə günahlandırılan Almaniya sakini məhkəmə salonunda ona evlilik təklifi edib.

"Bild" xəbər verir ki, qız onun təklifinə razı olub.

İxtisasca çilingər olan 47 yaşlı Andreas sevgilisi 35 yaşlı Katerina B.-ya hücum edib, onu döyüb, saçlarından sürüyüb və öldürməyə çalışıb.
 

Bonn şəhərində məhkəmə salonunda isə həmin şəxs Katerinaya evlənmək təklif edib.

Ehtimal edilir ki, o, bu hərəkətlə Katerinanın onun əleyhinə ifadə verməsinə mane olub.

Şübhəli şəxs eyni zamanda, Katerinanın üç uşağından birinin atasıdır.

Məhkəmə hadisənin qəribə gedişatına rəğmən davam edəcək.(oxu)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31