Qardaş bacısını Güllələyib
Türkiyənin Trabzon şəhərində qoyunlarını canavar hücumundan qorumaq istəyən gənc bacısını güllələyib.
9 Sentyabr 2020 15:21 DünyaTürkiyənin Trabzon şəhərində qoyunlarını canavar hücumundan qorumaq istəyən gənc bacısını güllələyib.
Olaylar.az xəbər verir ki, 17 yaşlı Hakan.O çoban itinin hürdüyünə görə qoyunlarına canavar hücum etdiyini sanıb.
O, ov tüfəngini götürüb evdən çıxmaq istəyəndə yıxılıb və silahdan atəş açılıb. Nəticədə 37 yaşlı bacısı Nurdanə Kandəmir yaralanıb. Xəstəxanaya çatdırılan dörd uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.
Hakan.O məhkəmə qərarına görə, nəzarət şərti ilə sərbəst buraxılıb. Onun barəsində heç kim şikayətçi olmayıb. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31