Tehranda “Ermənistana ölüm” şüarı səsləndi - VİDEO
12 Fevral 2020 20:04 Dünyaİranda son günlər "İran İslam İnqilabı"nın ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu tədbirlərdən biri də 11 fevralda Tehrana birləşik olan Vərəmin şəhərində keçirilib.
Tədbir bir iştirakçının gözlənilməz çıxışı ilə yadda qalıb. Yüksək çinli məmurların da iştirak etdiyi həmin tədbirdə çıxış üçün söz verilən iştirakçı "Amerikaya ölüm" şüarı səsləndirmək yerinə, "Ermənistana ölüm" şüarı səsləndirib. İştirakçının bu gözlənilməz çıxışı İran rejiminin məmurlarına xoş təsir bağışlamayıb. Çünki məlum olduğu kimi İranla Ermənistan arasında çox yaxın dostluq münasibətləri var.
Çıxış edən şəxsin kimliyini araşdırarkən məlum olub ki, o, Azərbaycan türküdür. Tədbirdən sonra çıxış edən şəxsin aqibəti haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Hazırda onun haqqında heç bir məlumat verilmir.