İranda təyyarə qəzasının səbəbi – Rus ekspertlər şok sirlər açdı

İranda təyyarə qəzasının səbəbi – Rus ekspertlər şok sirlər açdı

Ukrayna təyyarəsinin İranda qəzaya uğraması haqqında xəbər hazırda dünyada bir nömrəli mövzuya çevrilib. Bunun əsas səbəbi hadisənin İranın ABŞ hərbi bazalarını raket atəşinə tutduğu vaxt baş verməsidir. Təsadüfi deyil ki, dünyanın aparıcı mediaları və xüsusən də sosial şəbəkələrdə bu iki hadisə arasında əlaqənin mümkünlüyü haqqında yazılar yayımlanıb.

KİV-də çıxan materialları təhlil edərkən istər-istəməz belə bir fikrə gəlirsən ki, təyyarə texniki olmayan səbəblərdən də qəzaya uğramış ola bilərdi.

Misal üçün, İran mediası öz ölkəsinin Müdafiə Nazirliyinə istinad edərək yazır ki, amerikalılar buraxılan İran raketlərinin kursunu dəyişməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər, bütün raketlər hədəflərə çatıb. Lakin nüfuzlu BBC teleradio şirkətinin nümayiş etdirdiyi kadrlarda aydın şəkildə görünür ki, bir neçə İran raketi əvvəlcədən planlaşdırılan hədəflərə dəyməyib və boş ərazilərə düşüb.

Digər tərəfdən, belə bir məlumatlar da mövcuddur ki, ekipaj üzvü - göyərtə bələdçilərindən biri öz ailəsini xəbərdar edə bilib ki, kimsə təyyarəyə hücum edir. Belə bir fikir mövcuddur ki, o, laynerin yanından ötüb keçən İran raketlərini görə bilərdi. Sosial şəbəkələrdə hətta yuxarıda deyilənləri təsdiqləyən fotoşəkillər də dərc edilir.

Göstərilən mövzu ətrafında düşüncələr aşağıda qeyd edilən kimi bir sıra suallar doğurur: belə söyləmək mümkündür ki, amerikalılar hər hansı bir şəkildə İran raketlərinin traektoriyasını dəyişdirməyə (PT-nı sındırmağa - red.) nail ola biliblər və nəticədə raketlərdən biri sərnişin təyyarəsinə dəyib? Bu raket İrana məxsus olub, yoxsa ABŞ-a? Və nəhayət, daha bir əsas sual: niyə axı sərnişinlə dolu olan təyyarə qəfildən qəzaya uğrayır?

Məsələ ilə bağlı Axar.az-a danışan aviaekspert, aviasərnişinlər üçün "FrequentFlyers" portalının baş redaktoru İlya Şatilin bunları deyib:

"Təyyarənin mühərriki çətin ki, bu dərəcədə nasaz olsun. Əgər o yanırsa (metalın özü deyil, mühərrikdəki yanacaq - red.), yanğınsöndürmə sistemi və yanacağın ötürülməsinin bağlanması klapanları mövcuddur. Müasir təyyarədə mühərrikin partlaması və qanadın yarısını qoparması - mən belə bir halı xatırlamıram.

Hər iki mühərrikin dayanması - 2 milyonda 1 olan hadisədir. Və hətta bu halda belə təyyarə tarazlığını qoruya və yerə enə bilər, daha daş kimi aşağı düşməz.

Qara qutular İran tərəfindədir, buna görə də bütün kartlar onların əlindədir. Lakin belə olan vəziyyətdə digər ölkələr, yəqin ki, İranın gəldiyi nəticələrə inanmadıqlarını bəyan edəcəklər. Bu artıq xalis siyasətdir. Bu ya təyyarədə ciddi nasazlıqların üstü-üstə gəlməsi, ya da hər hansı bir xarici təsirdir - partlayış, raket, PUA zərbəsi. Belə bir ehtimal da mövcuddur ki, partlayıcı göyərtədə olub".

Rusiyalı analitik, "Vörld Geostratejik İnsayt" informasiya agentliyinin rəhbəri Denis Korkodinov:

"Ukrayna avialaynerinin göyərtə bələdçisinin qəzadan bir az əvvəl qohumlarına zəng edib təyyarənin atəş altına düşməsini söyləməsi olduqca mühüm sübutdur. Yəni buna əsasən demək olar ki, təyyarə texniki nasazlıqlar üzündən partlamayıb. Xüsusən də hava gəmisinin aldığı xəsarətlərin xarakteri və faciə yerində aşkar edilən ballistik raketin fraqmentləri də bunu sübut edir. Hazırda İran xüsusi xidmət orqanları da analoji versiyanı səsləndirirlər - təyyarə atəş nəticəsində qəzaya uğrayıb. Sual yalnız ondadır ki, atəşi kim aparıb: ABŞ, yoxsa İran?"

Rusiyalı professor Oleq Kuznetsov:

"Rusiyanın quru qoşunlarında avtozirehli texnikanın fəal radioelektron müdafiəsi üçün "Ştora" sistemi mövcuddur ki, o, tank əleyhinə idarəedilən raketlərin trayektoriyasını dəyişdirməyə imkan verir. Mətbuatda belə bir xəbər də oxumuşdum ki, İran HHM qüvvələri ABŞ və İsrailin havada olan pilotsuz uçuş aparatlarını öz nəzarətinə götürür və onları öz ərazisində yerə enməyə məcbur edirdilər. Bütün bunlar onu sübut edir ki, prinsipcə, texniki cəhətdən belə bir praktika mümkündür, deməli, olduqca yüksək ehtimalla düşünmək olar ki, Ukrayna "Boinq"i Tehran yaxınlığında xüsusi olaraq və ya təsadüfən onun kursunun və uçuşda olarkən trayektoriyasına "süni düzəliş edilən" İran raketi ilə yolunun kəsişməsinin qurbanı ola bilərdi. Baxmayaraq ki, mən bu ehtimalı cüzi hesab edirəm, bu, ehtimallar nəzəriyyəsi baxımından, riyazi cəhətdən həqiqətə uyğun gəlməyəndir, yəni "milyonda bir" hadisədir.

Mən dünən və bu gün bu məsələni aviasiya texnikasının praktiki istismarı üzrə mütəxəssislərlə və antiterror fəaliyyəti üzrə bəzi həmkarlarla müzakirə edə bildim. Onlar hamısı bir səslə qəzanın üstünlük verilən səbəbi kimi Tehran beynəlxalq hava limanı yerüstü texniki xidmətləri tərəfindən tranzit təyyarələrə texniki nəzarətin səviyyəsinin aşağı olması nəticəsində havaya qalxan zaman mühərrikin alovlanmasını göstərirdilər.

Bu versiya mənə də birinci ilə müqayisədə həqiqətə daha çox uyğun olan kimi görünür, belə ki, istənilən avialaynerin heyətində göyərtə mühəndisi vardır ki, o, hava gəmisinin aqreqatlarının saz vəziyyətdə olmalarının alətli və vizual nəzarətini həyata keçirir. Buna görə də "Boinq"in qəzası göstərilən səbəbdən yalnız iki aşağıda qeyd edilən halın üst-üstə düşməsi zamanı mümkün ola bilərdi - istər hava limanı texniklərinin, istərsə də hava gəmisinin özünün göyərtə mühəndisinin dəhşətli səhlənkarlığı və laqeydliyi. Lakin belə bir faktı da diqqətə alsaq ki, Ukrayna aviaşirkətləri adətən artıq istismarda olmuş və biznes üzrə daha yüksək statuslu rəqiblərindən satın aldıqları təyyarələri istismar edirlər, onda texniki nasazlıq və ya texniki xidmət üzrə hər hansı bir prosedurun yerinə yetirilməməsi haqqında versiya daha da güclənmiş olur.

İstənilən halda Tehran yaxınlığında Ukrayna "Boinq"inin qəzaya uğraması mövzusu ABŞ və İran arasında münasibətlərdəki gərginliyin yüksəlməsi mövzusuna olmayacaq qədər uyğun gəldi ki, indi tərəflərdən hər biri özü üçün maksimum dərəcədə təbliğat faydası əldə etməyə can aracaq. Təbii ki, mətbuatın bacarıqlı şəkildə idarə olunması şərti ilə beynəlxalq ictimaiyyətin rəğbəti zərərçəkmişlərin tərəfində olacaq, ABŞ və İran isə baş verən hadisəyə görə məsuliyyəti bir-birinin üzərinə atacaq. Bununla əlaqədar olaraq mənim ağlıma Artur Konan Doylun hekayələrindən Şerlok Holms haqqındakı bir ifadə gəldi: "Hər hansı bir səbəbdən bütün yerdə qalan versiyalar yanlış kimi tanındıqdan sonra hətta ən ağlabatmayan olsa belə, yeganə versiya qalır ki, o da həqiqət olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31